Azərbaycanda yük daşınması üçün nəzərdə tutulan avtobuslarda insanlar danışır - Təhlükə

Azərbaycanda yük daşınması üçün nəzərdə tutulan avtobuslarda insanlar danışır – Təhlükə
Want create site? Find Free WordPress Themes and plugins.

“Qanunsuz sərnişindaşıma hallarına əsasən “20 Yanvar”, “Əhmədli” və “Koroğlu” metrostansiyalarının ətrafında rast gəlinir”

“A24.az” bildirir ki, bunu “azvision.az”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

BNA rəsmisi bildirib ki, qanunsuz sərnişin daşıyanlarla bağlı onlara vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olur.

“Bu mikroavtobusların əksəriyyəti sərnişin daşımaq üçün nəzərdə tutulmayıb, yük daşınması üçün nəzərdə tutulub. Lakin sonradan onların daxili konstruksiyasına edilən dəyişiklərlə sərnişin daşıyırlar, bu isə ciddi təhlükə mənbəyidir”.

M.Ağayev vurğulayıb ki, qanunsuz sərnişin daşıyan mikroavtobusların fəaliyyət göstərməsində sərnişinlərin də günahı var.

“Bu cür yararsız nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər var. Əgər belə avtobuslardan istifadə edən olmasa, onlar bazardan çıxarlar. Təəssüf ki, sərnişinlər yararsız mikroavtobuslara həyatlarını təhlükəyə ataraq minirlər. İnsanlar harasa tələsirlər və vaxta qənaət etmək istəyirlər, lakin bu da onların həyatı bahasına başa gələ bilər”.

Qeyd edək ki, qanunsuz fəaliyyət göstərən avtobuslar dəfələrə qəzalara və ölümlərə səbəb olub. Buna baxmayaraq, hələ də paytaxtda belə avtobuslara rast gəlmək mümkündür.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar