Azərbaycandakı anomal istilərin səbəbi Afrikadır

Azərbaycandakı anomal istilərin səbəbi Afrikadır
Want create site? Find Free WordPress Themes and plugins.

“Hazırda Azərbaycanda müşahidə olunan anomal istilərin səbəbi Şimali Afrikadan hərəkət edən isti hava dalğalarıdır”.

“A24.az” bildirir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, isti hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində artıq bir neçə günür ki, ölkə ərazisində günəşli və yağmursuz hava şəraiti müşahidə olunur: “Anomal isti hava şəraitinin iyul ayının 2-dək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran rayonları və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 41 dərəcə isti olacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar