“Azərbaycandakı seçici siyahıları Avropada әn dәqiq siyahılarıdır”

“Azərbaycandakı seçici siyahıları Avropada әn dәqiq siyahılarıdır”
Want create site? Find Free WordPress Themes and plugins.

“Azәrbaycana sәfәrimiz tәәsüf ki, Rusiya xalqının başına gәlәn faciә ilә müşahidә edilib. Həlak olanlardan 2-si Rusiyada seçki komissiya sәdrliyinә namizәdlәr olublar”.

Bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sәdri Vladimir Çurov deyib.

O bildirib ki, Şamaxı, İsmayıllı vә Abşeronda olub, müşahidələr aparıblar: “Bütün mәntәqәlәr vaxtında açılıb. Bizim azәrbaycanlı kolleqalarımız sәsvermә prosesinin düzgün aparılması üçün bütün sәylәrini ortaya qoyub. Komissyalar tam heyәtdә iştirak edib. Hәr mәntәqәdә 2-18 müşahidәçi olub. Bizim müşahidә etdiyimiz seçici aktivliyi MSK-nın açıqladığı göstәrici ilә eyni idi və bu, şәffaflıqdan xәbәr verir. Seçicilәrin siyahısında yüksәk dәqiqliyi müşahidә etdik. Bu, Avropada әn dәqiq seçici siyahısıdır. Müşahidә etdiyimiz heç bir mәntәqәdә әlavә tәrtib olunan siyahıya rast gәlmәdik”.

V. Çurov bildirib ki, səsvermә prosesi qanun pozuntusu olmadan aparılıb: “Kifayәt qәdәr səsvermə kabinələri var idi. Bülletenlәrin sayı seçici siyahısı ilә eyni idi. Rusiyada bülletenlәr regionlarda bir neçә dildә çap olunur. Azәrbaycanlı kolleqalarımıza da rus dilindәn dә istifadә etmәlәrini xahiş edirik ki, bu rus dilli kütlәnin sәsvermә prosesini anlamasına imkan versin. Biz icra hakimiyyәti orqanlarının yüksәk nizamını müşahidә etdik. Onlar qәti şәkildә içәriyә girmirdilәr. Biz hazırlığı kifayәt qәdәr yüksәk hesab edirik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar