Azərbaycanı "Junior Eurovision 2018"də təmsil edəcək ifaçının adı açıqlandı - FOTOLAR

Azərbaycanı “Junior Eurovision 2018″də təmsil edəcək ifaçının adı açıqlandı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

 Azərbaycanı Belarusun paytaxtı Minskdə keçiriləcək “Junior Eurovision 2018” beynəlxalq mahnı müsabiqəsində Prezident təqaüdçüsü Fidan Hüseynova təmsil edəcək.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) “Junior Eurovision 2018” mahnı müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.

Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, İTV-nin Musiqi, bədii və xüsusi layihələr departamentinin rəhbəri Leyla Quliyeva iştirak ediblər.

L.Quliyeva bildirib ki, Fidan Hüseynova fransalı müğənni Lara Fabianın konsertində səhnəyə çıxaraq mahnı ifa etməsi ilə yadda qalıb: “Onun həmçinin Elnur Hüseynovla dueti var. Fidanın ifa edəcəyi mahnı hələlik məlum deyil, yarışmanın qaydalarına əsasən, mahnı ifaçının iştirakı ilə yazılacaq. Azərbaycan istedadlar ölkəsidir. Niyə də bizim uşaqlarımız haqqında dünyada məlumat olmasın. Əgər belə bir imkanımız varsa, niyə də bundan yararlanmayaq. Bu, bizim istedadlı uşaqlar üçün böyük bir stimuldur”.

Qeyd edək ki, Fidan Hüseynova 2005-ci ildə anadan olub. O, 2017-ci ildə “Testene Art Baku” beynəlxalq incəsənət festivalında iştirak edərək 9-12 yaş arası uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yer qazanıb. Bundan başqa, “San Remo Junior” festivalında iştirak edərək üçüncü yerə layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Fidan Hüseynovanın adı Azərbaycanın gənc istedadlarının “Qırmızı kitabı”na salınıb və Prezident təqaüdünə layiq görülüb. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar