Azərbaycanı qəzəbləndirən qərar - ABŞ: "Azərbaycan terror təhlükəsi olan ölkədir"

Azərbaycanı qəzəbləndirən qərar – ABŞ: “Azərbaycan terror təhlükəsi olan ölkədir”
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Azərbaycanı qəzəbləndirəcək açıqlama verib.

A24.az xəbər verir ki, Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat katibi  Hikmət Hacıyev ABŞ-ın səyahət xəbərdarlığı haqqında açıqlamasında Azərbaycanı terror təhlükəsi olan ölkələr siyahısında görməsinə təəcübləndiyini bildirib.

Son illərdə Azərbaycana gələn turist sayının 24 % artdığını, 2017-ci ildə 2,7 milyon turist qəbul etdiklərini xatırladan Hacıyev bunları qeyd edib:

“1-ci Avropa Oyunları, 4-cü İslami Həmrəylik Oyunları, Formula 1 yarışları, ABŞ və Rusiya Baş qərargah başçıları, NATO və Rusiya yüksək səviyyəli hərbiçilərin görüşmələrinə ev sahibliyi edən Azərbaycan haqqında ABŞ Xarici İşlər Nazirliyinin bu açıqlaması təəccüblüdür.”

Azərbaycanda sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin edildiyini vurğulayan Hacıyev, “Ermənistanın işğal etdiyi torpaqlar xaricində Azərbaycan hökuməti ölkənin təhlükəsizliyinə tam nəzarət edir” – deyə bildirib.

Məhəmməd Şükürlü //a24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar