Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu - VİDEO

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

A24.Az xəbər verir ki, altıncı yarış günündə Hacımurad Hacıyev (70 kq) cari DÇ-də finalda mübarizə aparan ilk güləşçimiz olub.

Dağıstanlı legionerimizin Rusiyadan olan həmyerlisi Razambəy Camalovilə final qarşılaşması dramatik alınıb. İlk hissədən sonra 0:3 hesabıyla geridə olan təmsilçimiz görüşün sonlarında geridönüş edərək dünya çempionu olub. Bu, cari mundialda ilk qızıl medalımızdır.

79 kq çəki dərəcəsində güləşən Orxan Abbasov isə bürünc medal uğrunda görüşdə Moldovadan olan həmkarı Adrian Qrosulu üstələyib və mundialda III yeri tutub.

Qeyd edək ki, sabah digər dağıstanlı legionerimiz Əbubəkr Abakarov (74 kq) finalda ABŞ təmsilçisi Mexi Kevin Luislə final görüşünə çıxacaq. Ağır çəkili pəhləvanımız Rahid Həmidli (125 kq) bürünc medal üçün güləşəcək. Asxab Həmzətov (92 kq) isə bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar