Azərbaycanın almaq istədiyi JF-17 döyüş təyyarəsi sınaq atışları keçirib

Azərbaycanın almaq istədiyi JF-17 döyüş təyyarəsi sınaq atışları keçirib
Want create site? Find Free WordPress Themes and plugins.

Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsindən BVR (Beyond Visual Range) və IR (Infrared) “hava-hava” tipli raketlərinin sınaq atışları keçirilib.

“A24.az” “AzeriDefence”ə istinadən xəbər verir ki, bu haqda Pakistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın iştirak etdiyi sınaq atışları Sonmiani poliqonunda həyata keçirilib. BVR və IR raketləri ilə silahlandırılan JF-17 döyüş təyyarələri əvvəlcədən müəyyən edilən, sürətli və yavaş hərəkətdə olan hədəfləri dəqiqliklə məhv edib.

Mərasimdə çıxış edən marşal S.Aman bildirib ki, bu mürəkkəb sınaqların müvəffəqiyyətlə həyata keçirilməsi JF-17 döyüşə təyyarəsinin yüksək qabiliyyətinin göstəricisidir. O qeyd edib ki, artıq Hərbi Hava Qüvvələrində JF-17 təyyarələrindən ibarət 6 alay yaradılıb.

JF-17 təyyarələri 2007-ci ildən Pakistan Hərbi Hava Qüvvələrinin xidmətindədir. Təyyarələr yeni nəsil ASELPOD müşahidə və elektron sistemi ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan və Pakistan arasında JF-17 “Thunder” döyüş təyyarələrinin alğı-satqısına dair müzakirələr aparılır. Azərbaycanın yaxın perspektivdə bu təyyarələri silahlanmaya qəbul edəcəyi gözlənilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar