Azərbaycanın bəzi idmançılarının orqanizmindən dopinq aşkarlanıb - RƏSMİ

Azərbaycanın bəzi idmançılarının orqanizmindən dopinq aşkarlanıb – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib.

Bu barədə “Report”a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarından sonra müxtəlif milli federasiyaların ümumilikdə 109 idmançısını əhatə edən prosesin yekununda xoşagəlməz hallar aşkarlanıb. Lakin Ş.Hüseynli idman növlərini, idmançıların adlarını və sayını hələlik açıqlamaq istəməyib. AMADA rəhbəri bu barədə yaxın vaxtlarda geniş məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, dopinq-testlər Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında analizdən keçirilib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar