Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bu təhsil müəssisəsi Azərbaycandan 150 ən gənc dünya universitetləri arasında yer alan yeganə universitetdir.

 Xəzər Universiteti “Dünya Ali Təhsil Məkanında Sürətlə Yüksələn Gənc Ulduzu” (“QS Top Universities”) seçilib. Bu barədə Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli məlumat verib.

O, bildirib ki, 2017-ci il iyulun 14-də dünyada ali təhsili dəyərləndirən beynəlxalq QS təşkilatı “QS Top 50 Under 50” illik universitet reytinqini açıqlayıb. Bu reytinq bütün dünya üzrə 50 ildən az fəaliyyət göstərən gənc universitetləri əhatə edib.

Картинки по запросу Xəzər Universiteti

“Bu reytinqin əsas məqsədi yaşlarının az olmasına baxmayaraq artıq özünü dünyada sübut etmiş və uzun tarixə malik olan universitetlərlə yarışa biləcək universitetlərin dəyərləndirilməsidir. 53 ölkədən 150 ən yaxşı gənc universitet bu siyahıya daxil edilib” — Əmirbəyli qeyd edib.

“Xəzər Universiteti Azərbaycandan 150 ən gənc dünya universitetləri arasında yer alan yeganə universitetdir. Xəzər Universiteti Middlesex Universiteti (Birləşmiş Krallıq), Dublin Texnologiya İnstitutu (İrlandiya), Bielefeld Universiteti (Almaniya), London Metropolitan Universiteti (Birləşmiş Krallıq), Nottingham Trent Universiteti (Birləşmiş Krallıq) və George Mason Universiteti (ABŞ) kimi tanınmış universitetləri ilə bir sırada yer alıb” — o, əlavə edib.

Universitet təmsilçisinin dediyinə görə, keçmiş Sovet ölkələrindən dörd ölkə – Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna hər biri bu siyahıda bir universitetlə təmsil olunub.Türkiyədən bu siyahıya dörd universitet (Bilkent Universiteti, Koç Universiteti, Sabancı Universiteti və Çukurova Universiteti) daxil edilib: “Dünyanın gənc universitetlərin fəaliyyəti bir sıra meyarlar üzrə qiymətləndirilib: elm və təhsil dünyasında nüfuz, işəgötürənlər arasında nüfuz, müəllim-tələbə nisbəti, nəşr etdirdiyi elmi məqalələr və onlara istinad, xarici müəllimlərin nisbəti və xarici tələbələrin nisbəti”. (Sputnik Azərbaycan)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar