Azərbaycanın ƏN ÇOX RÜŞVƏTXORLUQ OLAN universitetləri - SİYAHI

Azərbaycanın ƏN ÇOX RÜŞVƏTXORLUQ OLAN universitetləri – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

A24.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8955 xəbər yerləşdirilib. Bunlardan 68 xəbər mənfi, 109 xəbər müsbət, 8778 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (28 xəbər – universitetdə saxtakarlıq, rüşvət, pul yığımı, saxta dekan seçkiləri və s.), Dövlət İqtisad Universiteti (14 xəbər – rektor haqqında şikayət). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (80 xəbər – universitetin əməkdaşlarının təltif olunması), Bakı Dövlət Universiteti (27 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi).

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti1145 xəbər
2İqtisad Universiteti648 xəbər
3Neft və Sənaye Universiteti513 xəbər
4ADA Universiteti452 xəbər
5Texniki Universitet428 xəbər
6Dillər Universiteti425 xəbər
7Bakı Slavyan Universiteti408 xəbər
8Pedaqoji Universitet326 xəbər
9Tibb Universiteti325 xəbər
10Bakı Ali Neft Məktəbi309 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1874 xəbər dərc edilib. Bu xəbərlərdən 1858-i neytral, 14-ü müsbət, 2-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Gəncə Dövlət Universitetinə (2 xəbər – rektor haqqında iddialar) məxsusdur. Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (9 xəbər – universitetin əməkdaşlarının təltif olunması) və Bakı Dövlət Universitetinə (5 xəbər – Abel Məhərrəmovun ilin rektoru seçilməsi) aiddir.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti316 xəbər
2İqtisad Universiteti155 xəbər
3Bakı Slavyan Universiteti116 xəbər
4Tibb Universiteti88 xəbər
5Texniki Universitet87 xəbər
6Pedaqoji Universitet85 xəbər
7Neft və Sənaye Universiteti77 xəbər
8Mədəniyyət və İncəsənət Universiteti76 xəbər
9Dövlət İdarəçilik Akademiyası62 xəbər
10Naxçıvan Dövlət Universiteti60 xəbər

Dekabr ayında televiziya kanallarında universitetlər haqqında 253 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Bakı Dövlət Universiteti44 xəbər
2ADA Universiteti44 xəbər
3İqtisad Universiteti15 xəbər
4Pedaqoji Universiteti14 xəbər
5Bakı Slavyan Universiteti13 xəbər
6Bədən Tərbiyəsi və İdman Akademiyası12 xəbər
7Aqrar Universiteti11 xəbər
8İdarəçilik Akademiyası10 xəbər
9Qafqaz Universiteti10 xəbər
10Bakı Musiqi Akademiyası10 xəbər
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar