Azərbaycanın ən məşhur rəssamının həyat yoldaşı küçələrdə qalıb - Arxa küçələr

Azərbaycanın ən məşhur rəssamının həyat yoldaşı küçələrdə qalıb – Arxa küçələr
Want create site? Find Free WordPress Themes and plugins.

Hər gün gəzdiyimiz küçələrdə minlərlə insanla, müxtəlif problemlərlə qarşılaşırıq.

Bir də hər kəsin görmədiyi və ya görüb də yan keçdiyi küçələr var: Arxa küçələr . Və o küçələrin özünəməxsus sakinləri… “Arxa küçələrin” bu dəfəki qəhrəmanı Sona Ələskərovadır. 70-ə yaxın yaşı olan bu xanım gündəlik qazancını zabitlər parkında rəsm çəkərək təmin edir. Ali təhsilini rəsm sahəsində alan Sona xanım ərinin də taınmış rəssam olduğunu söyləyir. Qəhrəmanımız birdirir ki, oğlu ona evi adına keçirdikdən sonra birlikdə yaşamağa söz versə də, sözünü tutmayıb. Sona xanım deyir ki, əvvəllər onun olan ikimərtəbəli evi oğlunun adına keçirdikdən sonra həmin evin zirzəmisində ağır şəraitdə yaşamağa məcbur olub. Yeganə oğlu və gəlini tərəfindən evi əlindən alınan Sona xala hətta bir müdət küçədə də yaşamalı olub. Sona xala çəkdiyi rəsmlər üçün qiymət deməsə də, onun əl işlərinə yaxşı qiymət verənlər də tapılır. Bu yaradıcı insanın qazancı az olsa da, ona göstərilən qayğıdan məmnundur. Əgər “Zabitlər parkı”na gedib Sona xalanı görməsəniz, çox şey itirərsiniz necə ki, bu parkın ziyarətçiləri oranı Sona xalasız təsəvvür etmirlər.

Jurnalist:Brilyant Rəsulova

Operator: Fərid Orucov

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar