Azərbaycanın ikinci peykinin buraxılışı NÖVBƏTİ DƏFƏ təxirə salındı

Azərbaycanın ikinci peykinin buraxılışı NÖVBƏTİ DƏFƏ təxirə salındı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin yay üçün nəzərdə tutulan buraxılışı yenə təxirə salınıb.

A24.Az Trend-ə istinadla məlumatına görə, bu barədə peykin buraxılışı ilə məşğul “Arianespace” (Fransa) şirkəti bildirib.

Qeyd edək ki, daha əvvəl mayın 25-ə təyin olunmuş proses Hindistanın kosmik-tədqiqat təşkilatının “GSAT-11” peykində aparılan texniki yoxlamalarla əlaqədar yay aylarına keçirilmişdi.

Peykin buraxılışının sentyabrın 1-ci həftəsi üçün planlaşdırıldığı qeyd olunur.

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qviana Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

“Ariane 5 ECA” raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın “GSAT-11” rabitə peykini də çıxaracaq.

Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar