Azərbaycanın məşhur güləşçiləri etiraz aksiyası keçirir: "Vəziyyət çox acınacaqlıdır" - FOTOLAR

Azərbaycanın məşhur güləşçiləri etiraz aksiyası keçirir: “Vəziyyət çox acınacaqlıdır” – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün güləşçilərimiz etiraz aksiyası keçirib.

A24.Az yenicag.az-a istinadən xəbər verir ki, etiraza səbəb Azərbaycan Güləş Federasiyasının idmançılara qarşı biganələyidir.

Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayətlənirlər.

Saytımıza açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev etirazını bu şəkildə dilə gətirib:

“Təlim-məşq toplanışı keçmirik. Bir ildir ki, federasiya tərəfindən bizə maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərin silahı olduğu kimi, bizim də silahımız təlim-məşq toplanışlarıdır. Yarışlarda nəticə göstərməyəndə də, tənqid olunuruq. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. Zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Heç birimizə maaşlar verilməyib. Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışam. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir.

Heç birinin müalicə olunmaq imkanı yoxdur. Məni də müalicə etmədilər, öz hesabıma əməliyyat olunudum. Təsəvvür edin, əməliyyat olunmaq üçün 3 ay gözlədim. Aramızda elə uşaqlar var ki,məşqə gələ bilmirlər. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir, maşınınızı yuyaq, bizə 5-10 manat verib. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. Bizə bir nəfər də çıxıb demir ki, maliyyə ayrılmır. Bu gün, sabah deyə-deyə ilyarımda problemlər davam edir”.

Sərbəst güləş üzrə millimizin üzvü Hacı Əliyev:

“İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraitizi yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat rəqəm deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa federasiyadadır. Olimpiadada qazandığımız mükafatlarıdı da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar