qirmizi

Azərbaycanın “Qırmızı kitab”ına düşən canlılar – FOTOLAR – ARAŞDIRMA

Qırmızı kitab tükənməkdə olan canlılrın qorunması zərurətindən, bəlkə də insanların təbiətin işinmə qarışmaq marağından yaranır. Təbiətin qorunması üçün təkcə ayrı-ayrı ölkələrdə deyil, dünya üzrə də bir sıra qurumlar fəaliyyət göstərir. Onlardan biri Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyidir. (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) Qurum 1948-ci ildə yaradılıb. Mərkəzi iqamətgahı Glandda – İsveçrədə yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir.
Azərbaycanda nəsli tükənmiş, tükənməkdə olan bir sıra canlılar dövlət sənədi olan “Qırmızı kitab”da toplanıb. Kitab təkcə ölkənin quru ərazisində deyil, həmçinin Xəzər dənizində yaşayan canlıların qorunmasına xidmət edir. “Qırmızı Kitab”ımız 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.
Respublika “Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.
Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
“Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilib. Qanunvericiliyə əsasən, hər on ildən bir yeni nəşrin çap olunması nəzərdə tutulsa da, kitabın II nəşri 24 il gecikib. Yəni Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın II nəşri 2013-cü ildə çapdan çıxıb.

Azərbaycanın “Qırmızı kitab”ındakı təsnifatdan fərqli olaraq IUCN nəsli təhlükə altında olan canlıları 2 deyil, 9 kateqoriyada müəyyənləşdirib:
EX – Extinct (Nəsli kəsilmiş)
EW – Extinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan)
CR – Critically Endangered (Son həddə çatmışlar)
EN – Endangered (Nəsli kəsilmə təhlükəsi olanlar)
VU – Vulnerable (Həssas növlər)
NT – Near Threatened (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar)
LC – Least Concern (Az qayğı tələb edənlər)
DD – Data Deficient (Haqqında məlumat olmayanlar)
NE – Not Evaluated (Qiymətləndirilməmişlər)
2007-ci ilin təsnifatına əsasən 16 308 nəsli kəsilmə təhlükəli növ qeyd edilib.

Beynəlxalq və müxtəlif ölkə və bölgələrə aid qırmızı kitablar mövcuddur.
Dünya Qırmızı Kitabı (Beynalxalq Təbiəti Qoruma İttifaqı tərəfindən buraxılan)
Azərbaycan Qırmızı Kitabı, Moldova Qırmızı Kitabı, Qazaxıstan Qırmızı Kitabı, Rusiya Qırmızı Kitabı, Ukrayna Qırmızı Kitabı.
Bundan əlavə eyni mahiyyətli kitabı müxtəlif ölkələrdə “Qırmızı siyahı”, “Qırmızı vərəq”, “Qızıl kitab” adlandırırlar.
Ümumiyyətlə isə “Qırmızı kitab” anlayışı genişdir. “Qırmızı kitab”ın birinci mənası yoxa çıxmaq təhlükəsi olan nadir heyvan və bitkilərin siyahısını ehtiva edir. Daha bir “Qırmızı kitab” anlayışı isə yoxa çıxmaq təhlükəsi olan hər şeyi, məsələn kiçik xalqlar, dillər və s. aiddir. Bundan əlavə “Qırmızı kitab” anlayışı çox müxtəlif mənaları ifadə edə bilər, məsələn pamfletlər, məcazi mənada kitab adları və s.

Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən, ovlanması və məhv edilməsi qəti şəkildə qadağan olunan canlılar aşağıdakılardır.

Bitkilər:

Hirkan şümşadı, hirkan-shumshadi
Dəmirağac,
Şabalıdyarpaq palıd,
Hirkan ənciri,
Hirkan armudu,
Xəzər lələyi,
İkək akasiyası,
Qafqaz xurması,
Ürəkyarpaqlı qızılağac,
Budaqlı danaya,
Hirkan bigəvəri,
Eldar şamı,
Qafqaz rododendron,demir
Çoban sarmaşığı,
Laqodex acıçiçəyi,
Təmiz kladoxeta,
Qaraçöhrə,
Şərg çinarı,
Qafqaz xədicəgülü,
Məxməri gərməşov,
Naxçıvan gəvəni,
Araz palıdı,
Xəzər zəfəranı,
Su zanbağı,
Qafqaz dəmirağacı,

Qırmızı kitaba düşmüş heyvanlar:
Talış qırqovulu,
Hirkan arıquşu,
Qara leylək,
Qıvrımlələk qutan,
Mərmər cürə,turac
Ağquyruq dəniz qartalı,
Məzar qartalı,
Berkut,
Laçın,
Turac,
Forel balığı,
Təkə,
Köpgər (qaranaca),
Muflon,
Qafqaz tetrası,
Qafqaz uları,vashaq
Çöl qartalı,
Ardıc ağıriyli,
Şahin,
Toğlugötürən,
Çəhrayı qutan,
Bəzgək,
Dovdaq,
Sultan toyuğu,
Ərsindimdik,
Qızılqaz,
Qırmızıdöş qaz,lachin
Fısıldayan qu,
Kiçik qu quşu,
Ceyran,
Çökəkburun cüllüt,
Ağquyruq çökəkburun,
Çöl haçaquyruq cüllütü,
Turan pələngi,
Çöl pişiyi,
Ön Asiya bəbiri,
Zaqafqaziya dağ qoyunu,
Zaqafqaziya bezoar keçisi,
Zaqafqaziya qonur ayısı,
Zolaqlı kaftar,
Vaşaq,
Manul,qafqaz-ulari
Adi uzunqanad,
Cənub nalburunu,
Enliqulaq bükükdodaq,
Safsar,
Suriya sarımsaqiyli qurbağası,
Adi triton,
Daraqlı triton,
Adi quru qurbağası,
Kiçik Asiya gürzəsi,
Fars dırmanantəlxəsi,
Cənubi Qafqaz dırmanantəlxəsi,
Aralıq dənizi tısbağası,
Xarabalıq kələzi,toglugoturen
Qızılı mabuya,
Zolaqlı çılpaqgöz,
Ox-ilan,
Yovşanlıq girdəbaşı,
Ağ durna
Baloban
Toğlugötürən
Şahin
Çay qaraquşu
İncədimdik kronşnep (əyridimdik)
İlanyeyən
Xəzər uları
Tetraçalan
Türküstan tüviki
Qaraqarın bağrıqara
Ağboğaz bülbül
Səhra qar quşu
Dağ keçisi

 

Sərdar Amin, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR