Azərbaycanın "şəhid əsgər"i danışdı: "Hərbi xidmətimi davam etdirirəm" - VİDEO

Azərbaycanın “şəhid əsgər”i danışdı: “Hərbi xidmətimi davam etdirirəm” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir.

Müdafiə Nazirliyindən A24.Az-a verilən məlumata görə, Azərbaycan sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron KİV-ə istinadən Ermənistan mətbuatında guya Azərbaycan əsgəri Murad Hüseynovun həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab olaraq bildirilib.

“Onun yayılan fotosu isə 2016-cı ilin fevral ayında Silahlı Qüvvələrin ağırlıqqaldırma üzrə yarışlar zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib. Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, youtube-da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu, Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir”, – nazirlikdən vurğulanıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar