Azərbaycanın silahlanmasından sonra  Ermənistan kreditə girdi - Rusiyadan nələr alır?

Azərbaycanın silahlanmasından sonra Ermənistan kreditə girdi – Rusiyadan nələr alır?
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan və Rusiya yeni hərbi kreditin alınması ilə bağlı müzakirələr başlayıb. AzVision.az məlumatına görə, bunu “Azadlıq Radiosu”na açıqlamasında Ermənistanın maliyyə naziri Vardan Amanyan bildirib.

Nazirin sözlərinə görə, kredit əsasında yeni silahların alınması ilə bağlı danışıqlar bu ilin əvvəlində başlayıb. Amanyan kreditin məbləğinin və hansı silahların alınacağını açıqlamayıb.

Xatırladaq ki, 2015-ci ildə Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. Bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verməli idi.

Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, “İqla-S” zenit raket komlekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan “TOS-1A” sistemlərini, idarəedilən “9M113M” raketlərini, “RPQ-26” qumbaraatanlarını, “Draqunov” snayper tüfənglərini, zirehli “Tiqr” avtomobillərini, mühəndis və rabitə vasitələrini alacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar