Azərbaycanla İran arasında iqtisadi əlaqələr gücləndirilir

Azərbaycanla İran arasında iqtisadi əlaqələr gücləndirilir
Want create site? Find Free WordPress Themes and plugins.

İran Azərbaycan məhsullarının və yüklərinin dəmir yolu vasitəsi ilə Fars körfəzi ölkələrinə çatdırılmasında vasitəçi ola bilər.

Bunu, Bakıda keçirdiyi mətbuat konfransında İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebniya deyib.

Nazirin sözlərinə görə, Tehran Bakı ilə iqitisadi münasibətlərinin daha da gücləndirilməsində maraqlıdır. İranda fəaliyyət göstərən şirkətlərin mühəndislik və texnika baxımından böyük təcrübəyə malik olduğunu deyən Əli Tayebniya hesab edir ki, mütəxəssisləri Azərbaycandakı böyük layihələrdə və tikinti işlərində iştirak edə bilərlər.

Nazir onu da vurğulayıb ki, Azərbaycanla İran arasında  ticarət əməliyyatlarında milli valyutadan istifadə etmək də mümkündür.

“A24.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

https://www.youtube.com/watch?v=YF4JhdN489c

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar