Azərbaycanlı aparıcı: “Ərim xəyanət etdi, mən də boşandım…”

Lider TV-də yayımlanan “Tezdən oyan” verilişinin aparıcısı Könül Muxtarova Big.az – a müsahibə verib:

A24.az sizə həmin müsahibəni təqdim edir…

Həyat yoldaşınız övladınıza hər hansı bir maddi yardım edir ya hər şeyi özünüz edirsiniz?

-Yox, rəsmi olaraq onunla 1 il yarımdır ki, boşanmışam. İl yarım ərzində aliment ödənilməlidir. Onun səhvlərinə görə boşanmağı mən istəmişəm. Aliment ödənilməlidir. 18 ay varsa 8 ayını güclə ödəyib. O da ki, icraçıların məcburiyyəti ilə. Ondan olsa heç onu da ödəməzdi.

Nəyə görə ayrıldınız?

– Xəyanətə görə. Mən ailə quranda mənim bir şərtim olub, sevgimə görə mən ac da qalmağa hazıram. Çünki hər iki tərəfdə sevgi olub. Bircə onu demişdim ki, uşağım belə olsa xəyanət görsəm ayrılacam. Birinci uşaqda elə bu xəyanəti gördüm. Müsahibəni oxuyanlar güləcəklər indi mənə ki, hər kişi xəyanət edir. Bəlkə də edə bilər, nə yalan deyim, hər kəs öz yoldaşının xəyanəti ilə üzləşib. Amma əgər kişi ailəsini hər şeylə təmin edirsə, onları üstün tutsa bəlkə də olar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR