Azərbaycanlı aparıcının cəsarətli "stand up"ı Türkiyə kanalında: "Ölümdən son anda xilas oldu" - VİDEO

Azərbaycanlı aparıcının cəsarətli “stand up”ı Türkiyə kanalında: “Ölümdən son anda xilas oldu” – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı aparıcının riskli “stand up”ı Türkiyə mediasında maraqla qarşılanıb.

A24.Az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı reportaj hazırlayan “CBC” telekanlının aparıcısı Elmira Musazadə helikopterlərə yaxın məsafədən “stand up” etmişdi.

Helikopterin aparıcının başı üzərindən cüzi məsafədən uçmasının əks olunduğu görüntülər yerli mətbuatda və  sosial mediada maraqla qarşılanmışdı.

Sözügedən görüntülər Türkiyə mediasının da diqqətindən yayınmayıb.

Belə ki, NTV kanalının xəbərlər proqramında həmin reportajdan bəhs edilib.

“Azərbaycanda qeyd olunan Silahlı Qüvvələr Günü az qala fəlakətlə nəticələncəkdi. Hərbi helikopterin uçuşunu çəkmək istəyən müxbir ölümdən santimetrlərlə ölçüləcək qədər məsafə ilə xilas olub. Daha yaxşı görüntü əldə etmək üçün özünü təhlükəyə atan aparıcının bu hərəkəti bəzilərinə görə işinə olan sevgi, bəzlilərinə görə isə axmaqlıq kimi qiymətləndirilib”, – deyə türkiyəli aparıcı bu görübtülər barədə danışarkən qeyd edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar