Azərbaycanlı futbolçu Almaniya klubu ilə müqavilə bağladı

Azərbaycanlı futbolçu Almaniya klubu ilə müqavilə bağladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov klubunu dəyişib. 

A24.Az xəbər verir ki,  27 yaşlı forvard gələn mövsümdən 3-cü Liqada (II divizion) çıxış edəcək.

Belə ki, Şimal-Şərq zonası üzrə Almaniya Regional Liqasında Berlin “Dinamo”sunun formasını geyinən Dadaşov “Proyssen” klubu ilə anlaşıb. Yığmamızın keçmiş üzvü Münster təmsilçisi ilə 2 illik rəsmi müqaviləyə qol çəkib.

Hazırda 24 matçda 23 qolla Şimal-Şərq Regional Liqasında bombardirlər yarışına başçılıq edən Rüfət mövsüm başa çatan kimi “Dinamo”nu tərk edəcək. Onun Berlin klubu ilə müqavilə müddəti yaya qədər olduğundan, bu transfer “Proyssen”ə havayı başa gəlib.

Bu keçidlə bağlı 3-cü Liqa klubunun idman direktoru Malte Metselder danışıb. O, Dadaşovun qollarını bu komandada sıralayacağına inandığını deyib:

“Rüfət Şimal-Şərq zonasında ən yaxşı hücumçu sayılır. Onu uzun müddət idi yaxından izləyirdik. Çox yaxşı qol duyumu var. Əlavə olaraq idman durumu və şəxsi keyfiyyətləri də əladır. Onun əla sürəti var. Bu, daim diqqətimizdə olub və ona qarşı bizdə maraq oyadıb”.

26 yaşlı hücumçu da yeni komandasına transferi barədə fikirlərini bildirib:

“Proyssen” ənənələri olan klubdur. Mənə yaxın zamanda burda oynamaq böyük şərəfdir. Komandanın baş məşqçisi və Malte Metselderlə müzakirələrimiz məni çox tez bu komandada oynamağa əmin etdi. Mən mərkəz hücumçusuyam. Ancaq “10 nömrə” kimi də çıxış etməyi bacarıram. İstənilən halda mən cərimə meydançasına daxil olmalıyam. Belədə mən qol vuracağam”.

Qeyd edək ki, Rüfət Dadaşov millimizin hücumçusu Renat Dadaşovun böyük qardaşıdır. Onun yeni klubu “Proyssen” 3-cü Liqada 32 turdan sonra 39 xalla XIII pillədə qərarlaşıb.

(Oxu.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar