Azərbaycanlı gənc aktyora böyrək köçürüldü

Azərbaycanlı gənc aktyora böyrək köçürüldü
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov əməliyyat olunub. Bu barədə A24.Az-a Teatrın mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.

Onun sözlərinə görə, aktyora Mərkəzi Neftçilər Xəstəxanasında böyrək köçürülüb: “Əməliyyat uğurla başa çatdı, Rəhim Rəhimova böyrək köçürüldü. Həm aktyorun, həm də donorun vəziyyəti stabildir. Aktyorun vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən teatrın rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayıb, vəziyyətlə maraqıblar. Rəhim Rəhimova dəstək olan, daim maddi və mənəvi köməklik edən, onun səhhətini gündəmdə saxlayan həmkarlarımıza təşəkkür edirik”.

Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi.

rehim

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar