Azərbaycanlı iş adamı haqqında həbs qərarı çıxdı - Axtarışdadır

Azərbaycanlı iş adamı haqqında həbs qərarı çıxdı – Axtarışdadır
Want create site? Find Free WordPress Themes and plugins.

“Mardan Palace”ın sahibi, Azərbaycan əsilli rus iş adamı Telman İsmayılov haqqında Moskvada qiyabi həbs qərarının verildiyi bildirilir.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İsmayılov iki nəfərin öldürlüməsində şübhəli bilinir.

2016-cı ilin may ayında iki nəfərin öldürlüməsi ilə cinayət işində təqsirli bilinən Telman İsmayılovun isə hazırda harda olduğu məlum deyil.

Xəbərdə yer alan məlumata görə, məhkəmənin qərar verməsi üçün əsas olan cinayətlər 2016-cı ilin may ayında Moskva yaxınlığında Novorijskoye şossesində baş verib. Cinayətə qurban gedən şəxslər isə çoxlu sayda alış-veriş mərkəzinin sahibi olan Vladimir Savkin və “Lublino Motors”un qurucusu Yuri Brilevin olduğu açıqlanıb.

2016-cı ilin noyabr ayında Telman İsmayılovun qardaşı Rafiq ilə Mehman Kərimov adında bir şəxs iddia ilə əlaqədar olaraq nəzarət altına alınıb. Rafiq İsmayılovun irəli sürülər itihamları rədd etdiyi, lakin bunun əksinə olaraq Mehman Kərimovun cinayət əməlini etiraf etdiyi bildirilir. Ehtimallara görə, Telman İsmayılovun adını verən də Kərimovdur.

Qeyd edək ki, Telman İsmayılov 2009-cu ildə Çekizovski bazarını əlindən verib. Azərbaycanlı iş adamı 2016-cı ildə iflas edib, 2017-ci ilin mart ayından ona aid mal və mülklərin satışına başlanılıb.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar