Azərbaycanlı məşhurlar istirahətə nə qədər pul xərcləyir?

Azərbaycanlı məşhurlar istirahətə nə qədər pul xərcləyir?
Want create site? Find Free WordPress Themes and plugins.

Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb.

A24.Az xəbər verir ki, məşhurlarımız “Lider maqazin”in “Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz” suallarına belə cavab veriblər:

Nail Naiboğlu: “Azərbaycandan kənarda dincəlməyi sevirəm. Çinə getmək istəyərdim. Ötən qış ailəmlə istirahətə getmişdim və 10 minə qədər pul xərclədim”.

Emil Bədəlov: “Türkiyədə istirahəti sevirəm. Elə olub ki, istirahətə 12 min manat xərcləmişəm. Onda subay idim. Bir yerdən gəlirim oldu, gedib dincəldim”.

Nazim Məmmədov: “Türkiyədə dincəlirəm. 5 min manat civarında pul xərcləmişəm”.

Niyam Salalmi: “İspaniyada olmaq istəyərdim. Bir istirahətə 5 mindən yuxarı xərcim çıxıb”.

Niyaməddin Musayev: “Azərbaycanda istirahəti sevirəm. Ən çox 500 manat xərcləmişəm”.

Aslan Hüseynov: “Türkiyədə istirahət xoşlayıram. 10, 20 min xərclədiyim olub”.

Nailə Mirməmmədli: “Alanyada dincəlməyi xoşlayıram. 6 minə qədər xərclədiyim olub”.

Ayaz Qasımov: “İstəyirəm avqustda Barselonaya gedim. 10-15 minə qədər istirahətə pul xərcləmişəm”.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar