Azərbaycanlı millət vəkilinə BRÜSSELDƏ vəzifə verildi - FOTO

Azərbaycanlı millət vəkilinə BRÜSSELDƏ vəzifə verildi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Brüsseldə AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilir.

A24.Az Trend-ə istinadən xəbər verir ki, sessiyada deputat Sahibə Qafarovanın başçılıq etdiyi Milli Məclisin nümayəndə heyəti iştirak edir.

Sessiyada Enerji təhlükəsizliyi komitəsində Milli Məclisin deputatı Tahir Mirkişili və Avropa Parlamentinin deputatı Norika Nikolayln müəllifi olduğu “Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji dayanıqlılığı və enerji səmərəliliyinin artırılması” mövzusunda məruzə müzakirəyə çıxarılıb.

Məruzədə dünyada enerjiyə tələbatın getdikcə artması fonunda enerjidən səmərəli istifadə etməyin iqtisadi inkişafa və sosial təhlükəsizliyə gətirib çixaracağı qeyd edilir. Avropa Birliyi üzv ölkələrinin alternativ mənbələrlə enerji ilə təmin olunmasının bütövlükdə regionun enerji xəritəsinə edəcəyi dəyişikliklər də məruzədə öz əksini tapıb. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti barədə məruzədə xüsusi maddə salınıb, Azərbaycanın enerji səmərəliliyi barədə həyata keçirdiyi layihələr və SOCAR-ın bu sahədə beynəlxalq uğurları ayrıca vurğulanıb. Məruzə Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrini enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə və bu əməkdaşlığın iqtisadi inkişafa çevrilməsinə dəstək verməyə çağırıb.

Sessiyada, həmçinin təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyətini üzvü, deputat Tahir Mirkişili AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədr müavini vəzifəsinə seçilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar