Azərbaycanlı müəllifdən İNGİLİS DİLİ kitabı: MİLLİ ÜSLUBDA- FOTOLAR

Azərbaycanlı müəllifdən İNGİLİS DİLİ kitabı: MİLLİ ÜSLUBDA- FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Naxçıvan Universitetinin novatorçu müəllimləri azərbaycanlı tələbələri düşünərək yeniliyə imza atıblar.
A24.Az xəbər verir ki, Elmira HüseynovaKönül Babayevanın müəllifi olduqları kitabda milli ornamentlərə yer verilib.

Belə ki, adıkeçən kitabda bu dilin tədrisi ölkəmizdə təhsil alan tələbələr üçün uyğunlaşdırılıb.

30 bölmədən ibarət ibarət kitab asan səviyyədən başlayaraq, tədricən çətinliyə doğru irəliləyir.

Tədris vəsaitində ən önəmli fərqlilik hər bölmənin özünün mövzu, tapşırıq, qrammatika və lüğətinin olmasıdır.
Kitada Azərbaycanın Milli qəhrəmanları, təbii sərvətləri, bayram günləri, bir sözlə Azərbaycanla bağlı, onu tanıda biləcək mövzular işlənib-hazırlanıb. Hətta ad seçimində belə yerli adlardan, xitablardan istifadə edilib ki, yeni dilin tədrisi ilə yanaşı ölkəmiz və Azərbaycan üçün simvolik sayılan nüanslar tələbələrə aşılansın.
Bütün bu nüanslar da adıkeçən tədris vəsaitini yeni model ingilis dili kitabı kateqoriyasına daxil edir.
A24.Az həmin kitabı və müəlliflərini sizə təqdim edir:

          

X.V, A24.Az 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Eksklüziv, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar