Azərbaycanlı müğənni Nyu-York səhnəsində

Azərbaycanlı müğənni Nyu-York səhnəsində
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış opera ifaçısı, əməkdar artist Elçin Əzizov Nyu-Yorkun “Metropoliten-opera” səhnəsində P.İ.Çaykovskinin “İolanta” operasının premyerasında çıxış edib.

“A24.az”ın “ANS Press”ə istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti olan E.Əzizov dünyanın ən nüfuzlu səhnələrindən birində operanın əsas rollarından biri olan mavritaniyalı həkim Ebn Hakianın partiyasını böyük müvəffəqiyyətlə canlandırıb.

Tamaşada Elçin Əzizovla yanaşı, dünyanın ən yaxşı opera ifaçılarından olan Anna Netrebko da çıxış edib. Premyerada ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Qeyd edək ki, Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. 2008-ci ildən Böyük Teatrın opera truppasının solistidir. Bu teatrda bir sıra maraqlı rollarda çıxış edir. Opera partiyalarını ifa etmək üçün o, başqa şəhərlərin – Santyaqo, Varşava, Drezden, Vyana, Tallinn, London, Roma opera teatrlarına dəvət alıb. Beynəlxalq müsabiqələr laureatıdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Şou-biznes, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar