Azərbaycanlı polis öldürüldü

Azərbaycanlı polis öldürüldü
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan əsilli polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Mərhumun qohumlarının  verdikləri məlumata görə, 1979-cu il təvəllüdlü Məhəmməd Əlibəy oğlu

Vəlibəyov əslən Azərbaycanın Xaçmaz rayonundandır.

Rusiyada ali təhsil aldıqdan sonra Dağıstanda polis orqanlarında işləyən M.Vəlibəyov Dərbənd şəhəri yaxınlığında bir qrup naməlum şəxs tərəfindən əvvəlcədən yaranmış mübahisənin həlli üçün görüşə dəvət edilib və orada tapançadan açılan atəş nəticəsində 5 güllə yarası alaraq yerindəcə keçinib.

M.Vəlibəyov ailəsi Xasavyurt rayonunda yaşadığı üçün orada da dəfn olunub.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və cinayəti törədənləri axtarır.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar