Azərbaycanlı qadın Ərdoğan üçün ağladı: "Onu çox sevirəm, canımı ona fəda edərəm – VİDEO

Azərbaycanlı qadın Ərdoğan üçün ağladı: “Onu çox sevirəm, canımı ona fəda edərəm – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə kanallarından birin keçirdiyi sorğuda azərbaycanlı qadın Ərdoğan üçün ağlayıb.

“A24.az” xəbər verir ki, sorğunun məqsədi seçkilərdə qələbə qazanan Ərdoğan haqqında ölkə əhalisinin fikirlərini öyrənmək olub.

Sorğuda şəhərdə gəzməyə çıxan 3 azərbaycanlı qadın da iştirak edib. Lakin onlardan birinin Ərdoğana olan sevgisi diqqət çəkib. Qadın danışığının əvvəlində gözləri dolub, müxbirin sualından sonra sözlərinə ağlayaraq davam edib:

“Ərdoğan gözəl işlərinə görə seçkiləri qazandı. Bütün dünya, eləcə də Azərbaycan Ərdoğanı çox sevir. And içirəm ki, bir deyil, yüz canım olsa gözümü qırpmadan ona qurban verərəm. Çünki o, Türkiyəni çox gözəl edib, xoşbəxt edib. Hər bir ölkədə elə bir prezidentin olmasını istərdik. Türkiyə ilə Azərbaycan qardaş ölkə olduqca biz də onu prezident olaraq gördüyümüz zaman çox xoşbəxtik. Onu o qədər sevirik ki, sanki yeni Atatürkdür. Türkiyə çox xoşbəxt ölkədir ki, onun belə prezidenti var. Mən göz qırpmadan min canım olsa ona fəda edərəm. O buna layiqdir, o bunu qazandı. Bütün ölkələr onu çox sevir. Mən onu çox sevirəm. Bütün Azərbaycan onu çox sevir. O çox gözəl bir insandır, ona dəyər vermək lazımdır”.

Azərbaycanlı qadın Ərdoğan haqqında ürək sözlərini deyəndən sonra bir təklif irəli sürüb. O, Ərdoğandan Türkiyəyə gələn azərbaycanlılara heç olmasa 3 ay vizasız qalma izni verməsini istəyib.

“A24.az” Türkiyə mediasında yayımlanan videogörüntünü təqdim edir:

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar