Azərbaycanlı rejissor beynəlxalq festivalda münsif olacaq

14769628525194312225_1000x669A24.az xəbər verir ki, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov “Avrasiyanın ürəyi – Qazaxıstan” Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Oktyabrın 23-dən 28-dək davam edəcək festivalda Bəhram Osmanov münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

Baş rejissorumuza dəvət Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi tərəfindən gəlib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə həyata keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.

Festival Azərbaycan və Qazaxıstan mədəni və teatr əlaqələrinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli mövqe daşıyır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR