581ef49e18c77313b0e83765

Azərbaycanlı riyazi bacarığı ilə Türkiyəni mat qoydu – VİDEO

Sual olaraq elan etdiyi riyazi məsələni həll edənə 93 aylıq maaşını mükafat olaraq vəd edən riyaziyyatçı Aydın Ceritin sualı azərbaycanlı tərəfindən cavablandırılıb.

Suala ilk cavabı Azərbaycan əsilli Türkiyə vətəndaşı olan prof.Dr.Əfqan Aslanov verib. Aslanov sualın cavabını tam olaraq cavablandırıb və poçt vasitəsi ilə göndərib. Lakin daha sonra sualın cavabı Universitetdə mühəndis və cəbr müəllimi işləyən müəllim tərəfindən həll edilib. Beləcə, 5 dekabra kimi gözləməyə ehtiyac olmadığını bildirən Aydın Cerit “Üstümdən ağır bir yük qalxdı” deyib. Cerit, məsələnin həllini tapan ikinci şəxsin adının açıqlanmamasını istədiyini də söyləyib.

“A24.az” xatırladır ki, Türkiyənin Samsun şəhərində yaşayan və təqaüdçü olan riyaziyyat müəllimi, 59 yaşlı aydın Cerit hazırladığı 2 ədəd riyazi sualının 5 dekabr 2016-cı il saat 6-ya qədər həllini tapıb cavabını ona gətirən ilk adama 93 ay müddətində yığdığı təqaüdü verəcəyini söyləmişdi. Bundan başqa Samsun Müəllimlər Evi Restoranı tərəfindən həmin şəxsə 93 ay müddətində pulsuz nahar yeməyi veriləcəyini də bildirən Cerit, bunu nə üçün etdiyini də açıqlayıb:

“İllərdir rəqəmlərlə bağlı məsələlər edirəm. Etdiyim hesablamalarla diqqət çəkmək və bu hesabların üstün bir texnologiyaya çevrilə biləcəyinə inandıra bilmək üçün belə bir üsula əl atdım”.

581ef49e18c77313b0e83760

581ef49e18c77313b0e83765

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR