Azərbaycanlı Rusiyada sifarişlə müdirini qətlə yetirib

Azərbaycanlı Rusiyada sifarişlə müdirini qətlə yetirib
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın Ulyanovsk vilayətində qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı mühakimə olunacaq.

Hadisə 2014-cü ilin payızında baş verib.

Çörəkxana müdirinin həyat yoldaşı mübahisə zəminində öz ərini öldürtdürmək üçün 39 yaşlı Azərbaycan vətəndaşı ilə razılıq əldə edib. Həmin çörəkxanada çörəkçi işləyən azərbaycanlı 500 min rubl müqabilində qətl sifarişini qəbul edib. O, qadının verdiyi tüfənglə öz müdirini öldürüb.

Ulyanovsk vilayət prokurorluğu xüsusi ağır cinayət törətməkdə şübhəli bilinən regionun iki sakininə qarşı cinayət işi üzrə ittiham qərarını təsdiq edib. İttiham qərarının təsdiq edilməsindən sonra cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Hazırda qadın qətl sifariş etməkdə, Azərbaycan vətəndaşı isə sifarişlə qətl törətməkdə ittiham olunur.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar