Azərbaycanlı tələbələr Macarıstanda "Xocalı soyqırımı"nı andı - FOTOLAR

Azərbaycanlı tələbələr Macarıstanda “Xocalı soyqırımı”nı andı – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Macarıstan Respublikasının Pecs və Budapeşt şəhərlərində Respublikamızın Macarıstandakı səfirliyinin dəstəyi ilə təhsil alan azərbaycanlı tələbələr Xocalı soyqımının 25-ci ildönümünü anıb.

“A24.az”ın məlumatına görə, azərbaycanlı tələbələrlə yanaşı Macarıstan, Meksika və Türkiyə vətəndaşı olan digər tələbələr də anım mərasimində iştirak edib. Pecs şəhərində isə “Xocalıya ədalət” yürüyüşü keçirilib. Tədbirin məqsədi macar və ingilis dilində çap olunmuş, Xocalı soyqırımından bəhs edən kitabların, broşuraların yerli əhaliyə və ordakı turistlərə paylanması və həmin dillərində baş verənlərin məğzi barədə orda yaşayanlara məlumatın verilməsi olub.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Fotolar: Turqay İbrahimli, Sevinc Ömərli, Brilyant Rəsulova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar