Azərbaycanlılar təhlükədə: "İkinci Xocalı soyqrımı yaşana bilər"

Azərbaycanlılar təhlükədə: “İkinci Xocalı soyqrımı yaşana bilər”
Want create site? Find Free WordPress Themes and plugins.

Əgər vaxtında müdaxilə edilməzsə Gürcüstanda yaşayan Azərbaycanlılar üçün faciəvi hadisələrin baş verə biləcəyi istisna edilmir.

A24.Az xəbər verir ki, bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy deyib.

Onun sözlərinə görə, ASALA terror təşkilatı Gürcüstanın Cavaxetiya bölgəsində yenidən qurulub.

“Rusiya bölgədəki siyasətini həyata keçirmək üçün Ermənistanı və digər ölkələrdəki ermənilərdən istifadə edir. Buna görə də Cavaxetiya məsələsi o qədər də bəsit bir məsələ deyil. Cavaxetiya problemi Dağlıq Qarabağın işğalı ilə birlikdə başlayıb. Bir vaxtlar bölgə erməni dəstələrinin nəzarətinə keçsə də, ermənilər Dağlıq Qarabağ məsələsini həll etmədən dünyaya açılan sərhəd qapılarının bağlanmaması üçün bu problemdə müəyyən qədər geri çəkilməli olub. Ruslar Axalkalakidəki rus bazasını boşaldıb bölgədən çıxanda götürə bilmədikləri müəyyən silahları Cavaxetiyadakı Virk-Yerkirin üzvlərinə verdilər” – qurum rəhbəri deyib.

O, Gürcüstandakı azərbaycanlıların təhlükə qarşısında olduğunu da söyləyib:

“Cavaxetiyaya yaxın bölgələrdə olan türklər təhdid altındadırlar. Rusların verdikləri silah və maddi dəstəklə Xocalı qətliamını həyata keçirən ermənilər Gürcüstanda da qətliamı gerçəkləşdirə bilərlər. ASALA-ya bənzəyən Virk-Yerkir bunu həyata keçirmədən öncə Gürcüstan dövlət rəsmiləri, Türkiyə və Azərbaycanın xarici işlər nazirlikləri buna müdaxilə etməlidirlər”, – deyə o xəbərdarlıq edib.

N.A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar