Azərbaycanlıların çox getdiyi ölkə NATO-ya üzv oldu

NATO Nazirlər Şurası Çernoqoriyanın Şimali Atlantika Müqaviləsi təşkilatına (NATO) üzvlüyünü bildirən protokolu təsdiqləyib.

A24.az xəbər verir ki, yeni qəbul olunmuş qərar Türkiyənin rəsmi qəzetində dərc olunub. Brüsseldə mayın 19-da imzalanan Çernoqoriyanın NATO-ya daxil olmasına həsr olunmuş protokolun qüvvəyə minməsi üçün NATO təşkilata üzv olan bütün dövlətlərin adından Çernoqoriya hökümətinə dəvət göndərəcək.

Müqaviləyə görə, Çernoqoriya təşkilata qoşulma protokolunu ABŞ hökümətinə təqdim etdiyi tarixdə alyansa üzv olacaq. Protokol anlaşmaya razı olan hər bir ölkənin bu sənədi qəbul etdiyini ABŞ-a bildirdikdən sonra qüvvəyə minəcək. ABŞ höküməti müqavilənin bütün tərəflərinə hər hansı bir xəbərdarlığı aldığı tarixi və protokolun qüvvəyə minmə tarixini  məlumat verəcək.

k1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR