cms-image-000023082

Azərbaycanlıların sayı artıb – Statistika

2016-cı ilin yanvar-may aylarında Azərbaycanda əhalinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 2016-cı il iyun ayının 1-i vəziyyətinə 9 milyon 747 min 400 nəfərə çatıb.

“A24.az” xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR