Azərbaycanlıların şikayəti İranda verilişin yayımını dayandırdı

Azərbaycanlıların şikayəti İranda verilişin yayımını dayandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

İranın IRIB dövlət televiziya şirkəti İranda yaşayan azərbaycanlıların şikayətindən sonra uşaq verilişinin yayımını dayandırıb.

Hər cümə günü efirə gedən “Fitileh” populyar uşaq verilişinin yayımı sonuncu buraxılışdan sonra müvəqqəti dayandırılıb.

“A24.az” xəbər verir ki, IRIB-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, veriliş zamanı Azərbaycan dilində istehza dolu dialoqlar səslənib ki, bu da İranda yaşayan azərbaycanlıların şikayətinə səbəb olub.

Mətbuat xidmətindən bildirilib ki, bu, səhvən baş verib: “Dövlət televiziya şirkəti İran azərbaycanlılarından üzr istəyir və qeyd edir ki, bu vəziyyət bilməyərəkdən baş verib”.

Qeyd olunub ki, verilişin buraxılışına məsul əməkdaş vəzifəsindən azad edilib, həmçinin telekanalda digər iki vəzifəli şəxs səhlənkarlığa görə töhmət alıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Media, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar