“Azercell Telekom” zənglərdəki problemlərlə bağlı məlumat yayıb

“Azercell Telekom” zənglərdəki problemlərlə bağlı məlumat yayıb
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində  müəyyən problemlər yaranıb.

a24.az” bildirir ki, “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buna səbəb  MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub.

Texniki nasazlıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb.

“Hazırda “Azercell Telekom” MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülüb”, deyə məlumatda bildirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar