A24 Xeber

Azəri qızı Günel 17 il öncə

“Heç bir plastik əməliyyat keçirməmişəm.”

Azəri qızı Günel 17 il öncə
1. 601
23 İyul 2015 - 11:56

Şou-biznesin məşhurları illər keçdikcə görünüşlərini dəyişirlər. Bir çoxu yaşlarının artmasına baxmayaraq ,gənc görünmək üçün əməliyyat etdirir,arıqlayırvə pəhriz saxlayırlar. İlk dəfə 1998-ci ildə ekranlarda gördüyümüz Günel Zeynalovanın səsi daha sonra Türkiyədən gəldi. Ölkəmizi Türkiyədə təmsil edən Günel İbrahim Tatlısesin dəstəyini qazanaraq, mahnılarını ifa etməyə başladı.  Müğənni 17 il keçməsinə baxmayaraq heç bir plastik əməliyyat etmədiyini söyləyir. O yalnız illər öncə çox olan qaşlarını azaltmaqla görünüşünü dəyişdiyini açıqlayıb:

“Heç bir plastik əməliyyat keçirməmişəm. Bir dəfə yoxlamaq üçün üst dodağımı şişirtdim, o da qalıcı olmadı. Qaşlarım çox idi, azaltmışam deyə, indi gözəl görünür. Onsuz da istəsəm əməliyyat etdirərəm, kimsədən qorxum yoxdur. Düzdü burun, boğaz, qulaq həkimim nəfəs ala bilmirsən, əməliyyat olunmalısan desə də, onun sözünə qulaq asmadım. Ancaq hal-hazırda bu haqda düşünürəm.”

Günel Zeynalovanın 17 il öncə çəkilən fotolarını “a24.az” təqdim edir.

Rəvan Nasiroğlu

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00