“Azərpoçt”un keçmiş rəhbəri 2 milyon manat ödədi

“Azərpoçt”un keçmiş rəhbəri 2 milyon manat ödədi
Want create site? Find Free WordPress Themes and plugins.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri və onunla birgə ittiham olunan şəxslər dövlətə vurduqları ziyanı tam olaraq ödəyiblər. A24.az-ın lent.az-a istinadən məlumatına görə, son olaraq “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayev dövlətə vurduğu 2 milyon manat ziyanı tam olaraq ödəyib. Ona bu pulu ödəməkdə dost-tanışlarının kömək etdiyi bildirilir.

Qəmbər Bəybaleyevin yaxınları xəbəri təsdiqləyib.

Xatırladaq ki, ötən proses nazirliyin nümayəndəsi ödənişlərin başa çatması üçün məhkəmədən vaxt istəyib, Qəmbər Bəybalayev isə buna etiraz edərək məhkəmənin yekunlaşmasını və ziyanı ödəməyə pulunun olmadığını, əgər dostları tərəfindən hər hansı ödəniş olsa o borcu qaytara bilməyəcəyini söyləyib: “Heç zaman pul yeməmişəm. Mən kişi kimi işləmişəm. Heç vaxt paket almayıb, paket paylamamışam.”

O, pulu yalnız sabiq nazir Əli Abbasovdan alıb qaytara biləcəyini qeyd edib: “Əli Abbasovun yerində özüm olsaydım həbsə heç bir rabitəçinin girməsinə imkan verməzdim”.

Onu da qeyd edək ki, bununla da “Rabitə işi” üzrə təqsirləndirilən hər biri dəymiş ziyanı tam ödəyib.

Prokuror Fərid Nağıyev çıxışı zamanı  Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, “Optik Qurğular İdarəsi” MMC-in rəhbəri Emin Məmmədova və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, “Azərpoçt” sabiq direktoru Qəmbər Bəybalayevə 10 istəyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar