“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” Memorandum imzaladı

“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” Memorandum imzaladı
Want create site? Find Free WordPress Themes and plugins.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” “Microsoft Azərbaycan” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

A24.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, tərəflər arasında əldə olunan razılığa əsasən, “AzInTelecom”un Data Mərkəzinin texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair birgə əməkdaşlıq ediləcək.

“2016-cı ilin dekabr ayında istismara verilən “AzInTelecom”un Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir. Data Mərkəzin texniki imkanları vasitəsilə “bulud” əsaslı infrastruktur həlləri təqdim edən “AzInTelecom”un bu sahədə çoxillik beynəlxalq təcrübəyə malik olan “Microsoft” şirkəti ilə əməkdaşlığa başlaması ölkə və region miqyasında çox mütərəqqi hadisədir.

Belə ki, şirkətlərin ümumi məramı ən son data texnologiyaları və xidmətləri üzrə müvafiq məlumatların müasirləşdirilməsi və İT infrastrukturunun qiymətləndirilməsi üçün informasiya təminatından, eləcə də, bu sahə üzrə qarşılıqlı əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsindən ibarətdir”-deyə məlumatda bildirilib.

Bundan əlavə, “AzInTelecom”la qarşılıqlı əməkdaşlıq şəraitində hökumət və kommersiya qurumları “Microsoft”un lisenziyalaşdırma proqramı və həlləri ilə daha təhlükəsiz şəkildə təmin olunacaq. Potensial əməkdaşlıq çərçivəsində “AzInTelecom”da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.(publik.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar