Aziz Sancardan azərbaycanlı tələbələrə tövsiyə: “Özünüzə yaxşı müəllim seçin”

Aziz Sancardan azərbaycanlı tələbələrə tövsiyə: “Özünüzə yaxşı müəllim seçin”
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar UNEC tələbələri ilə görüşüb. Həyat yolundan, elmi fəaliyyətindən danışan Nobel mükafatçısı tələbələrin suallarını cavablandırıb.

A.Sancar mənim öyrənməyin dəyərini və güclü iş etikasını aşılayan valideynlərə sahib olmaq şansım oldu, deyə bildirib: “Savurda ibtidai məktəbdən başlayaraq, Mardindəki liseyə, İstanbuldakı Tibb Fakültəsinə qədər mükəmməl müəllimlərə, Texas və Nyu Havendəki doktorantura təhsilimdə və post-doktorantura işimdə də mükəmməl elmi rəhbərlərə sahib olma şansım oldu. Sizə tövsiyəm odur ki, özünüzə yaxşı müəllim seçin”.

Dünya şöhrətli alim gənclərə “siz bizim gələcəyimizsiniz” deyərək, səslənib: “Türk dünyasını Avropa, Amerika səviyyəsinə siz yüksəldəcəksiniz. Bunun üçün çox çalışacaqsınız. Unutmayın ki, uğura gedən yolun qısası yoxdur. Uğur zəhmət tələb edir. Çox oxuyun, xarici dilləri öyrənin və bütün bunlarla yanaşı öz dilinizi və kimliyinizi unutmayın”.

Alim sualını bəyəndiyi tələbələrə UNEC-in Azərbaycan dilinə tərcümə etdiyi “Aziz Sancarın Nobel bioqrafiyası” kitabını imzalayıb. Görüşdə UNEC tələbələri A.Sancarın çox sevdiyi Yunis Əmrənin şeirlərini səsləndiriblər. Alimə UNEC tələbələrinin əl işlərindən ibarət hədiyyələr təqdim edilib.

A.Sancar UNEC-in Türk dünyası işlətmə fakültəsinin müəllimləri ilə də görüşüb. Görüşdə professor gənc müəllimlərə tövsiyələrini səsləndirib, müəllimlik peşəsinin əhəmiyyətini vurğulayıb. UNEC müəllimlərini maraqlandıran sualları cavablandırıb. Sonda A.Sancar fakültənin xatirə dəftərinə ürək sözlərini qeyd edib.

A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Təhsil

Müzakirə

A24.Az