Bağdadda bir gündə 5 partlayış baş verdi

Bağdadda bir gündə 5 partlayış baş verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Bağdad ətrafında törədilən 5 partlayış və bir atışma nəticəsində 21 nəfər öldürülüb.

“A24.az”ın  “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin cənub ətrafında törədilən iki partlayış nəticəsində 7 nəfər ölüb, 19 nəfər yaralanıb.

Bundan başqa naməlum silahlı şəxslər şəhərin qərb ətrafında nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Nəticədə 3 hərbçi həlak olub, 7 nəfər yaralanıb.

Daha bir qanlı hadisə Bağdadın şimalında qeydə alınıb. İki terrorçu-kamikadzenin yerli özünümüdafiə dəstəsinin qərargahına hücum edərək üzərilərində olan partlayıcı qurğuları işə salıblar. Nəticədə 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

Şəhərin şimal ətrafında partladılan avtomobil isə 3 polis və 1 dinc sakinin həyatına son qoyub, 11 nəfər yaralanıb.

https://www.youtube.com/watch?v=3juAa6390FE

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar