Bahçelidən açıqlama: MHP prezident seçkilərində Ərdoğanı dəstəkləyəcək - VİDEO

Bahçelidən açıqlama: MHP prezident seçkilərində Ərdoğanı dəstəkləyəcək – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

MHP lideri Devlet Bahçeli partiyasının 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizəd göstərməyəcəyini bildirərək “MHP prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarını verib” deyə qeyd edib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, MHP partiyasının lideri Devlet Bahçeli media qurumlarının Ankara təmsilçiləri ilə keçirilən toplantı zamanı bir araya gəlib, gündəmlə bağlı sualları cavablandırıb.

Televiziya kanallarında MHP ilə bağlı yanlış müzakirələrə şahid olduqlarını bildirən Bahçeli “Ordakı müzakirələr sabitləşmiş şəxsiyyətlərlə aparıldığı üçün bu insanlar məlumatları hardan alırlar, MHP ilə dialoqu necə qururlar, MHP-nin görüşlərini hansı gerçəklik içərisində qavrayırlar orasını bilmirəm. Amma 2018-ci il siyasətdə çox hərəkətli olacaq” deyə bildirib.

Bahçeli qurultayın nəticələrinin dəqiqləşməsindən sonra Türkiyənin siyasi gündəmi olan 3 mövzu üzərində fəaiyyətini davam etdirəcəyini qeyd edib. Bunlardan birinin 30 mart 2019-cu ildə yerli  liderlərin seçimi, digərlərinin də 3 noyabr 2019-cu ildə prezident seçkiləri və eyni zamanda gerçəkləşdiriləcək millət vəkillərinin seçilməsidir.

“Prezident seçkilərində necə addım atacaqsınız?” sualına Devlet Bahçeli “ MHP olaraq hazırda AK partyasının sədri və Prezident Rəcəb Tayyib Ərdoğan bəylə ittifaq mövzusunda və siyasətin gələcəyi ilə bağlı hər hansı müzakirəmiz olmayıb. Lakin ictimaiyyətdə müzakirə edilən mövzular Hörmətli Prezidentin gündəminə və ya bizim gündəmimizə də düşməkdədir. Ona görə də bu mövzu qarşıdakı günlərdə arzu edilərsə, müzakirə edilə bilər. Əgər baş tutmasa, biz inandığımız mövzular ətrafında görüşlər keçirərək Türkiyənin sabit mühitə qovuşması üçün üzərimizə düşən məsuliyyəti yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik” deyib.

“MHP prezidentliyə namizəd göstərməyəcək…”

Seçkiləri kölgə altına salmamağın, xaos, qarışıqlıq və gərginliyə dəvət edilməyin düzgün olmadığına diqqət çəkən Devlet Bahçeli  bunları deyib:

“Bu müddətin qanuni dəstəklərini və xalqın səsini dəstəkləyən partiyalar anlayışla hərəkət etməlidir. Konstitutsiyanı dəyişdirib, prezidentlik sisteminə keçməyə səy göstərənlər “Siyasi şərtlər dəyişdi, Türkiyə belə oldu, mən bunu düşünürəm” deməyə haqqı yoxdur. Çox dəqiq ifadə edirəm və deyəcəyim cümlə budur: MHP prezident seçkilərində namizəd göstərməyəcək. MHP-nin sədri prezidentliyə namizdə olmayacaq. Prezident seçkilərində isə Rəcəb Tayyib Ərdoğana dəstək olmağa qərar verdik. Bu qədər dəqiq”.

Abdullah Gülün prezidentliyə namizədliyini şərh etdi…

11-ci prezident Abdullah Gülün 2019-cü ildə keçiriləcək seçkilərdə namizəd olacağını xatırladarkən Bahçeli Gülün AK partiyasında xüsusi və əhəmiyyətli bir yerinin olduğunu, Ərdoğan və partiyanın qurucuları ilə önəmli hazırlıqların içərisində olduğunu, pillə-pillə yüksələrək xarici işlər naziri, baş nazir və prezidentlik etdiyini bildirib.

“Bu qədər amerikapərəst olmaq lazım deyil…”

ABŞ-da Rza Zərrabın şahid olaraq ifadə verdiyi Hakan Atilla iddiası ilə əlaqədar Bahçeli “əgər cinayət Amerikada edilibsə, Amerikada mühakimə edilməlidir, Türkiyədə işlənibsə, Türkiyə sorğu-sual etməlidir. Odur ki, Türkiyə məhkəməsini maraqlandıran mövzu olduğu üçün Amerika Rza Zərrabı paketə qoyub bizə göndərsin, əlindəki dəlillərlə birlikdə. Amerikaya nə olub, türklərin suverenlik haqları üzərində söz sahibi olur! Bu qədər amerikapərəst olamamq lazımdır” deyib.

Çıxışından sonra Bahçeli “İcazənizlə saatıma baxım” deyərək saatını çıxarıb və toplantının bitmə vaxtının gəldiyini bildirib.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Siyasət, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar