“Bakı bazarlarının heç birində nitritin miqdarına görə standarta uyğun qarpız yoxdur”

“Bakı bazarlarının heç birində nitritin miqdarına görə standarta uyğun qarpız yoxdur”
Want create site? Find Free WordPress Themes and plugins.
“2016-cı ilin qarpız mövsümündə apardığımız sınaqlar göstərdi ki, Bakı bazarlarının heç birində nitritin miqdarı baxımından standarta uyğun qarpız yoxdur. Standartlara görə, bir kiloqram qarpızın tərkibində 60 milli qramdan artıq nitrit olmamalıdır. Ancaq Bakı bazarlarında apardığımız monitorinq nəticəsində hətta 200-250 milli qram nitriti olan qarpızlar ortaya çıxdı”.

Bu sözləri movqe.az-a  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi: “Həmin qarpızın bir kiloqramını bir insan yeyərsə, zəhərlənmə həddinə çatmış olar. Bizdə qarpızın tərkibindəki nitritin miqdarını təyin edən xüsusi cihaz var. Azad İstehlakçılar Birliyi təmənnasız olaraq nitritin miqdarını yoxlamağa hazırdır. İnsanın zəhərlənmə həddi sutka ərzində 200 milli qram nitrit qəbul etməsidir. Yəni qarpızın tərkibində normaya uyğun nitrit varsa, sutka ərzində 3 kiloqramdan artıq qarpız yeyən insan zəhərlənmə həddinə çatmış olar. İndi də qarpızın mövsümi yaxınlaşıb. İnsanları diqqətli olmağa çağırırıq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar