Bakı 50 ən möhtəşəm şəhərlərin arasında - FOTO

Bakı 50 ən möhtəşəm şəhərlərin arasında – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer ayrılıb.

“A24.az” xəbər verir ki, nəşrin müəllifləri olan britaniyalı xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər.

Jan_yoga

Jan Fuscoe…

YolandaZappaterra_double

Yolanda Zappaterra…

Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silüeti yaradan ikonik binalar təsvir olunub. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.

“Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilən kitabda Bakı ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və digər şəhərlər yer alıb.

Kitabın Bakı haqqında olan hissəsi ümummilli lider Heydər Əliyevin “Azərbaycanda yüz illərdən bəri “Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir” sözləri ilə başlayır.

1428572190_591906_431836

Daha sonra paytaxt Bakının VI əsrə qədərki tarixinə nəzər salınır. Qeyd edilir ki, şəhər Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşir. Bu ərazi qədim zamanlardan palçıq vulkanları ilə məşhur olub. “Azərbaycan” sözünün mənasına da toxunan müəlliflər ölkəmizin “Odlar Yurdu” adlandırıldığını diqqətə çatdırıblar.

Kitabda müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib. Burada İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu vurğulanıb. Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev Sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər.

12B58296-E9E3-427D-8DE8-6A266B85D885_mw1024_s_n

2ce949e7-e723-4c97-974c-b7ec4638d7b1

shirvanImage

Həmçinin qeyd olunub ki, müstəqilliyin bərpasından sonra Bakıda yenidənqurma, quruculuq işləri və müasir memarlıq abidələrinin tikintisi davam etdirilib. “Alov qüllələri” şəhərin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti rol oynayır. 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.

Heydar-Aliyev-Cultural-Centre-Baku-Azerbaijan-1

Son dövrlərdə Bakı şəhərinin “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də “Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.

FlameTowers

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar