Bakı Hava Limanında 2 yaşlı uşaq xəsarət alıb

Bakı Hava Limanında 2 yaşlı uşaq xəsarət alıb
Want create site? Find Free WordPress Themes and plugins.

Heydər Əliyev Beynəlxalq Hava Limanında martın 3-də axşam saatlarında Bakı-Doha təyyarəsinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından 2 yaşlı uşaq xəsarət alıb.

“A24.az” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, iki yaşlı İsa Əliyev təyyarəyə minmə zamanı anasının əlindən çıxaraq pəncərəyə tərəf qaçıb, nəticədə hava limanı binasının konstruksiyasının dərinliyinə yıxılıb. Hadisə nəticəsində uşaq bədən xəsarətləri alıb.

Hava limanının müvafiq xidməti tərəfindən uşağa yerində operativ tibbi yardım göstərilib, sonra o, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Bu hadisə ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanı valideynləri diqqətli olmağa çağırır və nəzərə çatdırır ki, terminalın ərazisində uşaqlar üçün xüsusi yerlər təchiz olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar