Bakı-İzmir-Bakı təyyarə reysi açılacaq- ŞAD XƏBƏR

Bakı-İzmir-Bakı təyyarə reysi açılacaq- ŞAD XƏBƏR
Want create site? Find Free WordPress Themes and plugins.

“Bu il Bakı-İzmir-Bakı təyyarə reysi açılacaq”–  bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizə səfərə gəlmiş GAP Qəzetçilər Birliyinin nümayəndələri ilə görüşündə bildirib.

“A24.az” xəbər verir ki, onun sözlərinə görə, hazırda Azərbaycan və Türkiyənin müvaffiq qurumları bu sahədə işlər aparırlar: “2015-ci ildə bu təyyarə resinin açılması gözləniləndir. Təyyarə reysinin açılması Azərbaycan və İzmiri daha da yaxınlaşdıracaq”.

Ə.Həsənov Azərbaycan- İzmir əlaqələrindən də söz açıb: “İzmir bizim qardaş şəhərimizdir. Bakı və İzmir arasında romantik, tarixi, sosial və mədəni bağların yanında biz Azərbaycan olaraq bu şəhərdə ən böyük yatırımımızı edirik. SOCAR bura bu günə qədər 1 milyard dollardan artıq vəsait ayırıb. Azərbaycan neft şirkəti olan SOCAR öz vəsaiti hesabına Aliağada 5,6 milyard dollarlıq təmizləyici və Petkim limanı tikdirir. Bütün bu layihələr istifadəyə verildikdən sonra 15 mindən çox insan sözü gedən yerdə çalışacaq. Bunun davamı olan başqa böyük investisiyalar da olacaq”.

Amid

 

 

Əli Həsənov

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar