Bakı kəndlərində torba-torba zibillər - VİDEO

Bakı kəndlərində torba-torba zibillər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kimisi zibilini küçəyə atır, kimisi də qapısının ağzına qoyur. Natəmiz görüntü saçan bu kadrlar Bakı ətrafı kəndlərdəndir.

“A24.az” xəbər verir ki, bəzi kənd və qəsəbələrdə zibil yeşikləri qoyulmayıb. Ona görə də sakinlər evlərindən çıxan tullantıları hara gəldi atırlar. Belə mənzərənin müşahidə olunduğu kəndlərdən biri də Abşeron rayonu Novxanı kəndidir.

Bənzər mənzərə Binəqədi qəsəbəsində, yəni köhnə Binəqədi kəndində özünü göstərir.

Sözügedən ərazilərlə bağlı əvvəlcə Novxanı kənd Bələdiyyəsinə üz tutulub. Bələdiyyənin sədri Şahin Tağıyev bildirdi ki, 2 il əvvəl Novxanı kəndində zibil yeşikləri olub. Ancaq sakinlər tullantıları həmin yeşiklərə atmadığından elə onların razılığı ilə yeşiklər yığışdırılıb.

Binəqədi qəsəbə Bələdiyyəsindən isə bildirildi ki, həmin ərazilərdə yolların dar olması zibil maşınının hərəkətinə maneə törədir. Bu səbəbdən həmin ərazilərə sakinlərin razılığı ilə zibil yeşikləri qoyulmayıb və onlar tullantılarını bir nöqtəyə atırlar. Cavabdeh qurumlardan bildirirlər ki, zibillər ən yaxşı halda həftədə 2 dəfə yığılır.

“A24.az” mövzu ilə bağlı videoreportajı təqdim edir:

https://www.youtube.com/watch?v=LVwaSa4D1tw

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar