Bakı Limanında yükaşırmada artım qeydə alınıb 

Bakı Limanında yükaşırmada artım qeydə alınıb
Want create site? Find Free WordPress Themes and plugins.

 

2017-cı ilin I yarım illiyində Bakı Limanında bütün istiqamətlər üzrə artım qeydə alınıb.

A24.Az xəbər verir ki, ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə  43,5%-ə qədər artaraq 1 900 min ton təşkil edib. Yükaşırmanın 89%-i  tranzit yükaşırmanın payına düşüb.

Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2% artaraq 21 775 ədədə çatıb. Vaqonların 10 041 (46.1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində,         5 773 vaqon (26.5%) Bakı-Aktau-Bakı istiqamətində, 5 961 vaqon (27.4%) isə cari ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 50%-ə qədər artaraq 14 478 nəfər olub.

Eyni zamanda nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53.7% artaraq 16 204 ədəd iri həcmli və digər nəqliyyat vasitəsi təşkil edib. Bunlardan 10 154 ədədi (62.7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 050 ədədi (37.3%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2017-ci ilin birinci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 290 min ton olmuşdur. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər yüklərin  payına düşüb.

Отображается файл "Photo (214).jpg"

Nərmin Kərim, A24.Az

 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar