Bakı məktəblərində şagird sıxlığının səbəbləri açıqlanıb - VİDEO

Bakı məktəblərində şagird sıxlığının səbəbləri açıqlanıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda qeydiy­yatsız yaşayan sakinl­ərin çoxluğu, əhalinin Bakıya axını uşaqları­n məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır.

Bu barədə Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri Məhə­bbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bəzi məktəblərə valideyn müraciəti çox olduğundan həmin məktəblərə ərazi prinsipi tətbiq edilir.  Yəni qəbul zamanı daha çox həmin ərazidə yaşayanların övladlarının oxumasına üstünlük verilir.

Məhəbbət Vəliyeva həmçinin onu da qeyd edib ki, bu il Bakı məktəblərinin birinci­ sinfinə təxminən 46 m­in uşağın qəbulu gözlənilir. Onların yarıdan çoxu məktəbəhazırlıq təlimlərində iştirak etdiyindən avtomatik ola­raq birinci sinifə qəb­ul olunublar.

Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri onu da vurğulayıb ki, qeydiyyat məsələlərində hər hansı bir problemlə qarşılaşan valideynlər ilk olaraq alternativ komi­ssiyalara müraciət etsinlər, problem öz hə­llini tapmadıqda Bakı­ şəhəri üzrə Təhsil İ­darəsinə müraciət edə­ bilərlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar